AFFA İntizam Komitəsi “Neftçi” və “Qarabağ” klublarına xəbərdarlıq edib.
İdmanxeber.az-ın məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının III turunda iki komanda arasında keçirilmiş qarşılaşma ilə əlaqədardır. Klublar ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi vacibliyinə dair xəbərdarlıq alıb.
Bundan əlavə, 4 oyunçusu sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 800 manat məbləğində cərimələnib.
Qeyd edək ki, “Bakcell Arena”dakı qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.