Kateqoriyasız

AFFA cəzaları açıqladı

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 finalında keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Turan Tovuz” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail” – “Sabah” oyununda qonaq komandanın futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail” – “Sabah” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43