14 Oktyabr 2024
Kateqoriyasız

AFFA cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 4-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının IV turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 
Oyunun 74-cü dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının IV turunun “Rəvan” – “Neftçi” matçının 56-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Ailton Fereira ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43