İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
İdmanxeber.com-un məlumatına görə, keçirilən iclasda qurum son turda baş vermiş qayda pozuntularına hüquqi qiymət verib.
Topaz Premyer Liqasının VII turunun “Bakı” – “Araz Naxçıvan” matçının 78-ci dəqiqəsində “Bakı” klubunun məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “İnter” matçında AZAL və “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
“Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Bakı” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 65 №-li futbolçusu Əbülfəz Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.
AZAL – “İnter” matçında “İnter” klubunun baş məşqçisi Rüstəm Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunub.
“Energetik” – “Mil-Muğan” matçının 25-ci dəqiqəsində “Energetik” klubunun 10 №-li futbolçusu Orxan Əlibalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
“Turan-T” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.