Milli komanda

AFFA-da yekun qərar: De Byazi və Milan Obradoviç …

Milli komandalarımızın uğursuz çıxışı azarkeşlərin haqlı etirazına səbəb olub. Məhz buna görə də AFFA həm əsas, həm də U-21 millilərinin baş məşqçi postunu yeniləməyi düşünür.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, AFFA bu ayın sonunda müqaviləsi başa çatacaq De Byazi ilə yola davam etmək niyyətində deyil. İtaliyalı ilə müqavilə yenilənməyəcək. De Byazinin gedişinin ardından yerli məşqçilər arasında seçim ediləcək.

U-21 millimizin baş məşqçisi Milan Obradoviçi də eyni aqibət gözləyir. Serb mütəxəssislə yollar ayrılacaq və onu bu postda yerli mütəxəssis əvəzləyəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43