AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu son günlərdə Rusiya mətbuatında yer alan “Hər futbolçuya 120 min dollar pul mükafatı” xəbərinə münasibət bildirib.
Mikayıl Nərimanoğlu açıqlamasında bu xəbərin əsassız olduğunu deyib: “Bəli, Rusiya mətbuatında bir neçə gün bundan qabaq belə bir məlumat dərc olunmuşdu. Lakin sonradan onlar bunu təkzib etdilər”
qafqazinfo.az