AFFA klublara ayrılan vəsaitlə bağlı hər hansı bir yeni qərar verməyə hazırlaşmır. Sosial şəbəkələrdə və mətbuatda davamlı olaraq növbəti mövsümdən I və II Liqa təmsilçilərinə ayrılan büdcənin artacağı iddia edilir.
Ancaq redaksiyamıza daxil olan məlumata görə, bu məsələ AFFA rəhbərliyinin gündəmində deyil. Ümumiyyətlə, büdcə artımı ilə bağlı İcraiyyə Komitəsinin iclaslarında hər hansı bir müzakirə aparılmayıb.
Dövlət tərəfindən klublara ayrılan dotasiyada dəyişiklik gözlənilmir. Böyük ehtimalla klublar gələn mövsüm də eyni büdcəylə mübarizə aparmalı olacaq.
Mövcud vəsaitdən narazılıq edən xüsusilə II Liqa təmsilçilərinin bir neçəsinin çempionatdan çəkiləcəyi də ehtimallar arasındadı.
Xatırladaq ki, AFFA II Liqa klublarına 50, I Liqa təmsilçilərinə isə 300 min manat büdcə ayırır.
İdmanxeber.az