AFFA mili komandanın Xorvatiya ilə oyununda baş vermiş forma biabırçılığına görə bəyanat yayıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə federasiyanın rəsmi feysbuk səhisəsi məlumat yayıb. Məlumatda Avro-2020-nin seçmə mərhələsində Zaqreb şəhərində keçirilmiş Xorvatiya – Azərbaycan oyununda 72-ci dəqiqədə meydana daxil olan Emin Mahmudovun formasının üzərindəki soyadında hərf səhvi olduğunu və AFFA rəhbərliyi qeyd olunan texniki yanlışlıqla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edəcəyi bildirilib..
Qeyd edək ki, sözügedən oyunda yığmamızın üzvü Emin Mahmudovun formasının axırına “Makhmudov” əvəzinə, “Makhmudıv” yazılmışdı.