Kateqoriyasız

AFFA-dan baş məşqçiyə 20 oyunluq cəza

AFFA U-17 Liqasında yarışan “Xəzər Lənkəran” komandasının baş məşqçisi Ağadadaş Həmidova sərt cəza tətbiq edib.

İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı qurumun İntizam Komitəsi qərar çıxarıb. Müvafiq qərar AFFA-nın saytında açıqlanıb.

Qərarda qeyd edilir ki, fevralın 29-u U-17 Liqasında keçirilən “Xəzər Lənkəran” – “Qarabağ” oyununun 87-ci dəqiqəsində meydan sahibi komandanın baş məşqçisi Ağadadaş Həmidov köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 90-cı dəqiqəsində isə o, yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. Bu səbəbdən məşqçi 20 oyunluq cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43