Kateqoriyasız

AFFA-dan “Neftçi” və Səbail”ə pul cəzası

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 11-ci turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.

Misli Premyer Liqasının 11-ci turunun “Səbail” – “Şamaxı” oyununda meydan sahiblərinin futbolçusu Tural Bayramlı oyunun 42-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

11-ci turun “Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin futbolçusu İsmayıl Zülfüqarlı oyunun 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43