Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 9-cu turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan Premyer Liqasının IX turunun AZAL – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Jairo Rodriges sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Digər klublara isə cəza verilməyib.