AFFA İntizam Komitəsi Premyer Liqanın III turunun “Neftçi” – “Sumqayıt” matçında yaşananlarla bağlı sərt qərar verib.
İdmanxeber.az-ın xəbərinə görə, bu gün açıqlanan rəsmi qərarda qeyd edilib ki, oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub.
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
Oyunun 82-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”in futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunur.
Bundan başqa, oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydançaya daxil olduğu üçün klub 800 manat cərimə olunub.