Kateqoriyasız

AFFA-dan “Neftçi”yə “yox”

AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasovla bağlı qəbul edilən qərara yenidən baxıb.

İdmanxeber.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisə aprelin 27-də verilmiş cəza qüvvədə qalıb.

Qeyd edək ki, Samir Abasov “Sabah”la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən iki oyunluq cəzalanıb. Klub isə 4000 manat cərimələnib.

Abasov bu səbəbdən mayın 3-də səfərdə “Keşlə” (3:0), mayın 8-də isə “Səbail” (4:0) komandası ilə matçları buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah”dan ilk rəsmi transfer

admin

“Dandolk” – “Qarabağ” oyunu canlı yayımlanacaq!

admin

“Roma”ya qol vuran Pedro Enrike “Qarabağ”ın oyununda

admin