12 Dekabr 2024
Ölkə futbolu

AFFA-dan Premyer Liqa klublarına cərimələr

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 16-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” 500 manat cərimələnib.

Eyni oyunda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 500 manat cərimələnib.

“Kəpəz” – “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” 800 manat cərimə edilib.

“Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt”dan 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

Bu oyunda “Sumqayıt” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 500 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43