Bu gün AFFA Nizam – İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqanın XXIV turu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçında Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail” – “Neftçi” matçında isə “ağ-qaralar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub eyni miqdarda cərimələnib.