17 Avqust 2022
Ölkə futbolu

AFFA-dan “Qarabağ”a xəbərdarlıq

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub.

02 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İnter” – “Qaradağ Lökbatan” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

02 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin AZAL – “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalanıb, klub 640 manat cərimə olunub.

03 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Zaqatala” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

03 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ” klubu xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.

05 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun təxirə salınmış oyunu olan “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 82-ci dəqiqəsində “Qəbələ” klubunun 26 №-li futbolçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ”ın maraqlandığı futbolçu Bakıda – FOTO

admin

Şimali İrlandiya millisinin baş məşqçisi: “Foqts məndən üzr istədi”

admin

“Simurq”dan inamlı qələbə

admin