Kateqoriyasız

AFFA-dan “Xəzər Lənkəran” rəsmisinə sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

İdmanxeber.com-un qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqasının XXX turunun oyunlarında baş verən pozuntulara hüquqi qiymət verilib.

“İnter” – “Neftçi” matçında meydan sahibi klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Bakı” – “Xəzər Lənkəran” matçının 62-ci dəqiqəsində qonaq komandanın futbolçusu Adrian Skarlataçe idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.  Oyunun 90+2-ci dəqiqəsində “Bakı”nın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə edilib.

Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

 “Qarabağ” – “Rəvan” matçının 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 “Qəbələ” – AZAL matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43