31 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının V turunun “Sumqayıt” – “Rəvan” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Ramazan Abbasov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılsın və İntizam Komitəsinə məlumat verilsin.
31 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının V turunun “Bakı” – “Neftçi” matçının 48-ci dəqiqəsində “Bakı” klubunun 8 №-li futbolçusu Cavid Hüseynov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 38.2).
Oyunun 49-cu dəqiqəsində “Bakı” klubunun 1 №-li futbolçusu Aqil Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
01 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının V turunun “İnter” – “Simurq” matçı başa çatdıqdan sonra “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur (maddə 82).
01 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının V turunun “Qarabağ” – AZAL matçında hər iki klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).
30 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçının 49-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 8 №-li futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
30 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
30 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Qarabağ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
30 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “İnter” – “Simurq” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 90+1-ci dəqiqəsində “Simurq” klubunun 8 №-li futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
“Xəzər Lənkəran” klubu İntizam Komitəsinə müraciət edərək Topaz Premyer Liqasının III turu çərçivəsində baş tutan “Qarabağ” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 27 №-li futbolçusu Manuel Skarlatakeyə qeyri-idman hərəkətinə görə göstərilmiş sarı vərəqəyə yenidən baxılmasını xahiş etmişlər.
Matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi Topaz Premyer Liqasının III turu çərçivəsində baş tutan “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 27 №-li futbolçusu Manuel Skarlatakeyə göstərilmiş sarı vərəqəni ləğv edir (maddə 19).