08 Sentyabr 2024
Ölkə futbolu

AFFA-dan yeni layihə – FOTO

Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA UNICEF Azerbaijan-la birgə yeni layihəyə start verir.

Dekabrın 21-də, saat 9:30-da, Bayıl stadionunda qızlar arasında 3 yaş qrupu üzrə “3×3 Qızlar turniri” keçiriləcək.

Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.

Qeyd edək ki, turnirdə iştirak etmək istəyənlər AFFA-nın rəsmi saytında olan “Qeydiyyat Blankı”nı doldurub dekabrın 16-dək 3×[email protected] elektron ünvanına göndərməlidirlər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43