Türkiyə mətbuatının Foqtsla yollarını ayıracaq Azərbaycan millisinə Yılmaz Vuralın baş məşqçi təyin olunacağı ilə bağlı yaydığı xəbərə AFFA-dan münasibət öyrəndik.
AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu idmanxeber.com-a açıqlamasında xəbəri nə təkzib, nə də təsdiq edib:
“Bu barədə qərarı AFFA İcraiyyə Komitəsi verəcək. Hər hansı ölkə mətbuatı bu haqda qərar verə bilməzş bu ilin sonunda İcraiyyə Komitəsinin iclası keçiriləcək və onda baş məşqçi məsələsinə aydınlıq gələcək”.