Ölkə futbolu

AFFA dəyişdi

Dekabrın 18-də AFFA-nın inzibati binasında keçiriləcək İcraiyyə Komitəsinin növbəti iclasının başlanma vaxtı dəyişdirilib. İclas, əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 11:00-da deyil, saat 10:00-da başlayacaq. Gündəliyə daxil edilmiş məsələləri bir daha diqqətinizə çatdırırıq:

1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi

2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması

3. AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi

4. Digər məsələlər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43