30 Sentyabr 2023
Milli komanda

AFFA DİN-ə müraciət etdi: Onlar Hökümət Evinin yaxınlığında…

AVRO-2024-ün şecmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Belçika yığması Bakıda dəstəksiz qalmayacaq.

İdmanxeber.az-a AFFA-dan daxil olan məlumata görə, “Dalğa Arena”da keçiriləcək qarşılaşmada qonaqları Belçikadan gələcək 180-dən çox azarkeş dəstəkləyəcək.

Belçikalı fanatlar matçdan öncə Hökümət Evinin arxasında yerləşən “pub”ların birində toplaşacaq. AFFA bunu nəzərə alıb Daxili İşlər Nazirliyinə (DİN) müraciət ünvanlayıb. Qonaq azarkeşlərin təhlükəsizliyinin nəzərə alınması, hər hansı bir baş verə biləcək insidentin qarşısının alınması ilə bağlı DİN-ə məlumat verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43