Kateqoriyasız

AFFA hakimi döyən məşqçini 1 illik cəzanlandırdı

Saatlının “Təhsil” klubunun U-12 komandasının məşqçisi Mənəf Məmmədov cəzalanıb.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın İntizam Komitəsi çalışdırıcını 12 ay yarışlardan kənarlaşdırılıb.

Məşqçinin belə ağır cəza almasına U-12 Liqasının, “Ağsu” – “Təhsil” qarşılaşmasındakı davranışı səbəb olub. Hakimə qarşı təhqiredici ifadələr işlədən M.Məmmədov ona fiziki təzyiq göstərib. Hakimin döyülməsini araşdıran komitə ona belə cəza verməyi məqsədəuyğun sayıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43