25 Oktyabr 2021
Kateqoriyasız

AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi futzal üzrə II Liqada mübarizə aparan “Zülfüqar” komandasına 0:5 hesablı texniki məğlubiyyət verib.

İdmanxeber.az-ın məlumatına görə, buna “Hövsan”la I tur oyununun yarımçıq dayandırılması səbəb olub.

Matçın gedişində meydan sahiblərinin 3 üzvü – Elmir Adiyev, Şəhriyar Gülüşov və Elmir Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıblar. Hər 3 futzalçı 1 oyunluq cəzalandırılıb.

Bundan başqa, görüş başa çatdıqdan sonra “Zülfüqar” komandasının digər oyunçusu Vüsal Məmmədov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 4 oyun cəza alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Topaz”dan daha bir lotoreya: “Hyundai Accent” udmaq şansını qaçırma!

admin

UEFA-nın Bakıdan gözləntisi – azarkeş rekordu

admin

“Keşlə” yoxlama oyunu keçirəcək

admin