16 Sentyabr 2024
Kateqoriyasız

AFFA Hakimlər Komitəsində yeni sədr – Qurum götür-qoy edir

AFFA Hakimlər Komitəsinin son sədri türkiyəli Barış Şimşəkin gedişindən sonra bu posta rəsmi təyinat reallaşmayıb.

AFFA-nın İcraiyyə Komitəsinin son iclasından sonra da yeni sədrin kim olacağı bəlli olmadı. Qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında bununla bağlı müzakirələrin getdiyini və qarşıdakı günlərdə yekun qərarın veriləcəyini bildirmişdi.

İdmanxeber.az-a daxil olan məlumata görə, Barış Şimşəkin gedişindən sonra bu vəzifə müvəqqəti olaraq sabiq FİFA referisi Ömər Paşayevə həvalə olunub. Səhhəti ilə bağlı hakimlik karyerasını illər əvvəl başa vurmuş Paşayev həm də Hakimlər Komitəsinin yeni sədri vəzifəsinə ən real namizəddi. O, ona həvalə olunan bu postda özünü isbatlamaq və bu minvalla da yeni sədr olmaq arzusundadı.

Federasiya tələsik qərar vermək istəmir. Lakin Paşayevin təyinatı da an məsələsi ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43