Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilir.
İclasın gündəliyinə birinci diviziondan Topaz Premyer Liqasına neçə komandanın yüksəlməsinin müəyyənləşdirilməsi, Topaz Premyer Liqasında çıxış edən bütün klublarda Müşahidə Şurasının və ya İcraiyyə Komitəsinin yaradılmasının müzakirəsi, AFFA tərəfindən 2013-cü ilin martında pilot layihəsi kimi keçirilmiş U-19 Liqasının hesabatı və AFFA-nın U-19 Liqasının yaradılmasının müzakirəsi və digər məsələlər daxil edilib.