Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 12-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Keşlə” – “Qəbələ” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının XII turunun “Səbail” – “Neftçi” matçının 90-cı dəqiqəsində “Səbail”in futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.