Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz premyer Liqanın 7-ci turundan təxirə salınmış “Keşlə” – “Qarabağ” və 10-cu turun “Zirə”- Səbail” oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Qarabağ”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Keşlə”nin yarımmüdafiəçisi Samir Məsimov 1 oyunluq cəzalanıb. Klub isə öz futbolçusuna görə 200 manat cərimə ödəyəcək.
“Zirə” – “Səbail” görüşündə isə qonaq komandanın müdafiəçisi Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə qarşıdakı oyunu buraxacaq. Klubu isə 200 manat məbləğində cərimələnib.