14 Dekabr 2024
Kateqoriyasız

AFFA klub prezidentini sərt cəzalandırdı, məşqçiyə isə elə bir cəza verdi ki…

Bu gün AFFA İntizam komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İK ötən tur birinci divizonda baş vermiş qayda pozuntularına hüuqi qiymət verib. Qərarları olduğu kimi sizə çatdırırıq:

Azərbaycan I Divizionunun XXI turunun “Lokomotiv” – “Mil-Muğan” matçında “Lokomotiv” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədov və məşqçisi Səbuhi Məmmədov hakimləri təhqir etdiyinə və onlara  fiziki təsir göstərməyə cəhd etdiyinə görə hər iki məşqçi 10 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. Cəza müddəti dövründə adıçəkilən məşqçilərin  “Mil-Muğan” klubunun iştirakı ilə keçirilən matçlarda stadiona girişinə qadağa qoyulub.

 “Neftçala” – “Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 19-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 5 №-li futbolçusu Musa Rəhimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun  məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlşadırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43