31 Yanvar 2023
Kateqoriyasız

AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri dəyişdi

Sərxan Hacıyev AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsindən ayrılıb.

Bu barədə Hacıyevin özü məlumat verib.O, Elçin Məmmədovun yenidən bu posta qayıtdığını bildirib:

“Uzun müddət Lisenziyalaşdırma qrupuna Elçin müəllim rəhbərlik edib və həmin şöbədə çalışıb. O, 2017-ci ildə AÇ-2020 layihəsi ilə bağlı UEFA-dan dəvət aldı və qurumun əməkdaşı kimi çalışırdı. Layihə bitdi, artıq 1,5 aydır AFFA-ya geri dönüb və Lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsinə təyin olunub”.

Hacıyev özünün Lisenziyalaşdırma qrupunda yer almadığını və AFFA-da baş katibin müavini kimi işinə davam edəcəyini sözlərinə əlavə edib. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

”Uduzmaqdan zəhləm gedir” – De Byazi

admin

“Mxitaryan yalnız tanınmış futbolçu olmağı bacarıb, amma təəssüf ki, idmançı ola bilməyib”

admin

Musa Qurbanlıdan het-trik, “Qarabağ”dan darmadağın – VİDEO

admin