27 Dekabr 2024
Ölkə futbolu

AFFA Lukaş Sapelanı bağışlamadı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, Topaz Premyer Liqasının XXIII turunun AZAL – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində ev sahibi komandanın 3 №-li futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanaraq, klub 200 manat cərimə olunub.

Bundan əlavə “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4, “Rəvan”ın 7  futbolçusu sarı vərəqə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

Həmin oyunun 74-cü dəqiqəsində “Rəvan” klubunun qapıçısı Lukas Sapela qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanaraq, klub 2000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43