İdman

AFFA Messinin Bakıya gəlməsi üçün milyonlar təklif edib

Ulduz futbolçu Lionel Messi iyunda Bakıya gələ bilərmiş.

İdmanxeber.com-un məlumatına görə, bu, Argentina millisinin DÇ-2018-in seçmə mərhələsi öncəsi son hazırlıq matçı ola bilərdi. Ancaq cənubi amerikalılar Azərbaycan əvəzinə İsraili seçiblər.

Bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilir ki, iyunun 9-da iki komanda arasında yoxlama oyununun kieçiriləcəyi artıq dəqiqləşib. Tərəflər arasındakı razılığa əsasən, Lionel Messi həmin matçda azı 60 dəqiqə meydanda olmalıdı. Bu oyuna görə İsrail tərəfi Argentina Futbol Federasiyasına 3 milyon dollar ödəyəcək.

İsrail mətbuatının iddiasına görə, AFFA bundan daha artıq təklif edib. Ancaq Argentina tərəfi yekunda İsrailin daha uğurlu seçim olacağı qənaətinə gəlib. Bunun bir səbəbi isə federasiya rəhbərliyinin komanda üzvlərinin mundial öncəsi Qüdsdəki müqəddəs yerləri görməsinin onları daha yaxşı motivasiya edəcəyini düşünməsi olub.

Onu da əlavə edək ki, İsrail – Argentina matçının baş tutacağı 9 iyun tarixində millimiz Latviya ilə yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43