Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı məlumata görə, iclasda Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib.
“Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Coşqun Diniyev və qonaqların üzvü Sezar Meza Kolli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Komitə hər iki futbolçunu 3 oyunluq cəzalandırıb. Klublar 2400 manat cərimələnib.
Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.