09 Yanvar 2025
Kateqoriyasız

AFFA Mübariz Mənsimovla əlaqəyə keçdi – Cənubdakı bu iki stadion strategiyada yer aldı

AFFA yeni strategiya planını ən geci bu ay futbol ictimaiyyətinə açıqlaması gözlənilir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, strategiya planında yer alan məsələlərdən biri də ölkədə yeni stadionların tikilməsidi. Artıq qurum cənubda iki arenanı planın bir parçasına çevirmək üzrədi. Belə ki, Anatoli Banişevski adına Masallı şəhər stadionunda yenidənqurma işləri başlanılacaq. 

Bundan başqa, qurum “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər stadionunu da almaq fikrindədi. Bu baxımdan AFFA-nın səlahiyyətli şəxsləri qarşı tərəflə təmasa keçib və stadionu qurumun balansına keçirməkdə maraqlıdı. Əgər tərəflər maliyyə məsələlərində razılığa gələ bilsə, o zaman Lənkəran şəhər stadionunda əsaslı təmir-bərpa işlərinə start veriləcək.

Əgər işlər AFFA-nın planladığı kimi getsə, Masallıdakı stadionun 2028, Lənkəran şəhərindəki arenanın isə 2030-cu ilə kimi tam hazır vəziyyətə gətirilməsi gözlənilir.

Xatırladaq ki, “Palmali” şirkətlər qrupu tərəfindən inşa edilən stadionun  tikintisinə 18 milyon dollara yaxın pul xərclənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43