Xəbər verdiyimiz kimi, Belçika – Azərbaycan oyunundan öncə ölkəmizin himni səslənməliykən səhvən İsveçin himnini səslənib
İdmanxeber.az-ın məlumatına görə, hakim ənənəvi olaraq püşkü atmaq istədikdə isə futbolçularımız himnimiz səslənməyəcəyi təqdirdə oynamayacaqlarını bildirib.
AFFA rəsmiləri də himnimiz səslənməyəcəyi halda meydandan çıxacağımızı vurğulayıb. Bundan sonra isə himnimiz səsləndirilib.
Belçikanın futbolçusu Romelu Lukaku üzr istəyib və himnin səslənməsini gözlədiklərini bildirib.