Ölkə futbolu

AFFA müsbət cavab vermədi, “Xan Lənkəran” bəyanat yaydı

“Xan Lənkəran” bəyanat yayıb.

İdmanxeber.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:

“Xan Lənkəran” PFK bir neçə dəfə AFFA-ya I Divizionda iştirakla bağlı, yazılı və şifahi müraciətlər ünvanlasa da, müsbət nəticə verilmədiyinə görə “Xan Lənkəran” PFK bu mövsüm Region Liqasında çıxış etməkdən imtina edir.

Onu da qeyd edək ki, hətta varislik müraciətinə belə rəsmi cavab verilmədi. Beləliklə, AFFA-nın 3 illik Region Liqasında çıxış etməsi tələbi klubun I Divizionda iştirakına mane oldu. Bütün bunlara baxmayaraq, klub idmanın, xüsusilə futbolun inkişafı üçün əlindən gələni edəcək.

Məlumat üçün bildirək ki, klubun yalnız aşağı yaş (U-10, 12, 13, 14, 17) qrupunda olan komandaları bu mövsüm liqalarda çıxış edəcək. Ötən mövsüm və bundan da sonra bizi dəstəkləyən hər kəsə təşəkkür edirik!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43