Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 19-cu turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Neftçi” – “Sabah” matçında meydan sahiblərinin6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanırb, klub 200 manat cərimə olunub.