22 Dekabr 2024
Kateqoriyasız

AFFA “Neftçi”nin məşqçisini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan kubokunda “Qəbələ” – “Neftçi” final oyununda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərar verilib.

Azərbaycan kubokunun “Qəbələ” – “Neftçi” final matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komandalar 1000 manat cərimə olunub.

Oyunun 90-cı dəqiqəsində “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.

Oyunun 104-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün kluba 2000 manat cəza kəsilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43