AFFA-nın əməkdaşı, Beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssis Elnur İbişov UEFA-nın seminarına qatılıb.
İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.
Avropa futbol qurumu təşkilata üzv olan ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları üçün seminar keçirir.