AFFA İntizam Komitəsinin (İK) bu gün baş tutan iclasında aşağı yaş qrupu üzrə keçirilən çempionatlarda baş vermiş xoşagəlməz hallara qiymət verilib.
İdmanxeber.az-ın məlumatına görə, İK U-14 Liqasında “Ağsu”nun baş məşqçisi Sönməz Quliyevi cəzalandırıb. O, AFFA-nın Mərkəz regionu üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc tətbiq etməyə cəhd göstərib. Komitə Quliyevi 15 oyunluq cəzalandırıb.