Kateqoriyasız

AFFA-nın bacardığı tək şey

Azərbaycanda futbol ölüb/öldürülüb! Bəli, yanlış eşitmədiniz, görmədiniz. Bu gün ölkənin A milli komandası hər vəchlə uğur qazanmağa çalışırsa da, heç bir faydası olmur. Ölkə futbolu uçurum astanasında ikən bu məqam AFFA-nın məsul şəxslərini narahat etmir. Etmir ki, illərdi proses eyni məcrada davam edir. Dəyişən isə məğulbiyyətlərin nəticələrindəki rəqəmlərdi.

Bilavasitə SOCAR-dan maliyyələşən AFFA-da heç kim millinin bu biabırçı nəticələri ilə bağlı hesabat vermir. Çox məcbur qalındığında isə baş məşqçini önə verib, ondan mövcud durumla bağlı hesabat istənilir. Fərqindəsiniz ki, illərdi bu tipli hesabatarla ancaq məşqçi dəyişikliyinə gedərək yeniliklər etmək görüntüsü yaradılır. Effekt verilməyən bu görüntü sonda qorxunc mənzərəyə şahidlik etməyimizə gətirib çıxarır.

Lüksemburq yenilgisi haqda çox yazıldı/deyildi. Bu məğlubiyyətlər əvvəllər də olub, indi də, gələcəkdə də olacaq. Lakin buraxılan səhvlərdən tərəflər öz payını götürübmü? İllərdi cavabsız qalan, əslində isə cavabı hər kəsə bəlli olan sual.

İstənilən səhv inkişaf üçün, bunların yenidən baş verməməsi üçün əla stimuldur. Bu stimuldan yararlanmaq əvəzinə narazı kütlənin daha da qıcıq olmasına səbəb olacaq açıqlamalar verilir, addımlar atılır.  Ölkənin bir nömrəli komandası şəxsi mülk kimi istifadə edilir, yararsız hala salınır.

Milli hansı rəqiblərlə oynayırsa oynasın artıq ona inam qalmayıb. Heç kəs bu milliyə inanmır. AFFA -nın illərdi bacara bildiyi tək şey – inamsızlıq! AFFA A milli komandanın timsalında ölkədə futbolun öldüyünü hər kəsə bir yolla isbatlamağ çalışır və bu nəticələrdə öz əksini uğurla tapır.

“Qarabağ”ın avrokuboklardakı uğurlu nəticələrini kənara qoysaq, AFFA-dan maliyyələşən digər komandalar qurum onları maliyyələşdirdikdən sonra nə kimi gözəçarpan nəticələr qazandı ki? Bu qurumdan maliyyələşən, dost-qardaşın rəhbərlik etdiyi avrokuboklarda uğursuzluqa düçar olan klublarımızın timsalında çox aydın göründü. Demək, problem sistemdədi. Hər dəfəsində yazdığımız, dediyimiz iflic durumda olan sistemdə.

Nəticələr üzücüdü, bunlar da digərləri kimi keçər düşünürsünüz. Hər şey keçmişdə qalır, amma heç bir şey keçmir.

Səxavət Qurbanov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43