Ölkə futbolu Premyer Liqa

AFFA-nın baş katibindən bu 3 kluba xəbərdarlıq: “Diqqətli olun!”

AFFA-nın baş katibi Sərxan Hacıyev Premyer Liqadan düşmə təhlükəsi olan komandalara xəbərdarlıq edib.

İdmanxeber.az-a daxil olan məlumata görə, artıq bir neçə turdu bölgə klublarının oyunlarını yerindən izləyən baş katib mümkün söz-söhbətin qarşısını almaq üçün aşağı yuvarlanma ehtimalı olan klubları diqqətli olmağa çağırıb.

Hacıyev oyunlarını izlədiyi “Şamaxı”, “Səbail” və “Kəpəz” klublarının rəhbərliyinə “ehtiyatlı olun, bu mövsüm bir komanda Premyer Liqanı dəqiq tərk edəcək. Sonra problem olmasın” – mesajı verib. “Araz Naxçıvan”ın diviziondakı hegemonluğu və Premyer Liqada yenidən işitrak etmək israrı baş katibin bu mesajı sözügedən komandalara verməsi ilə nəticələnib.

Nədənsə Hacıyev bu məsələdə Premyer Liqanı tərk etmək riski olan “Sumqayıt” rəhbərliyinə bu barədə heç nə deməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43