Azərbaycan I Liqası təmsilçisi “Karvan” heyətin əsas üzvlərindən olan Ruslan Voronsovla yollarını ayırıb. Futbolçu çempionatın XII turunda “Zaqatala” ilə görüşdə təcavüzkar davranışı (rəqibini təpiklə vurub) səbəbindən AFFA tərəfindən 4 oyunluq cəzalanmışdı.
İddialara görə, bölgə təmsilçisi bu hərəkəti üçün futbolçu ilə vidalaşıb. Məsələ ilə bağlı “Karvan”ın vitse-prezidenti Bəhruz Musayevlə əlaqə saxladıq. O, İdmanxeber.az saytına verdiyi açıqlamada çıxan iddiaları təkzib etdi:
“Oyunçun bu hadisədən əvvəl də təklifləri var idi. Klubdan ayrılacaqdı. Onun “Karvan”dan gedişinin “Zaqalata” ilə görüşdə baş verənlərlə əlaqəsi yoxdur. Bizdən daha yaxşı təklifləri olduğu üçün Voronsov özü ayrılmaq qərarına gəldi”.
Həsən Quluzadə