“Sumqayıt”da klubdaxili iclas keçirilib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, toplantıda əvəzedici komandanın baş məşqçisi Samir Abasovun hərəkəti müzakirə olunub.
Hakimləri təhqir etdiyi üçün AFFA tərəfindən 5 oyunluq cəza və 2500 manatlıq cəriməyə məruz qalan Azərbaycan millisinin sabiq futbolçusuna ciddi xəbərdarlıq edilib və növbəti belə halların baş verməməsi tapşırığı verilib.