26 Noyabr 2024
Ölkə futbolu

AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı

Martın 7-də “Fairmont” hoteldə AFFA-nın növbəti Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

– Prezident tərəfindən iclasın açıq elan edilməsi;
– Konfransın tərkibinin yoxlanılması;
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
– Maliyyə hesabatlarının təsdiq olunması;
– Müstəqil auditorun hesabatını nəzərə almaq;
– Hər hansı vakant vəzifəyə seçkilər;
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
– Digər məsələlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43