Kateqoriyasız

AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı

AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.

İdmanxeber.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, martın 4-də “Hilton” otelində keçiriləcək tədbir saat 10:00-da başalayacaq. Əvvəlcə Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

– Prezident tərəfindən salamlama;

– Yığıncağın tərkibinin yoxlanılması;

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;

– Maliyyə hesabatının təsdiq olunması;

– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;

– Növbəti ilin büdcəsinin təsdiq olunması;

– Hər hansı vakant vəzifəyə seçkilər;

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

– Digər məsələlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43