Azərbaycan II liqasında komanda sayı artırıla bilər.
İdmanxeber.az-a daxil olan məlumata görə, bu ayın ortalarında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının baş tutması gözlənilir. Bu iclasın gündəliyində duran əsas məsələlərdən biri də komanda sayının artırılmasıdı. Belə ki, qurum rəhbərliyi bu liqada komanda sayını 14-dən 16-ya çatdırmağı düşünür.
Qeyd edək ki, 2023/2024 mövsümünün nəticələrinə əsasən II liqanı “Şəfa” və “Kürmük Qax” klubları tərk edib.