Kateqoriyasız

AFFA-nın Konfransı keçirilir

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.

Konfransın gündəliyinə İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması, maliyyə hesabatlarının təsdiq olunması, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, . VAR sistemi ilə bağlı təqdimat, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43