Kateqoriyasız

AFFA-nın təklifi yenidən masada: Ayaz Quliyev razılıq verdi

Rusiyanın “Arsenal” (Tula) klubunda forma geyinən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin yenidən millimizdə oynama perspektivi yaranıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı orta sahə oyunçusu Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra belə bir qərar verib. Tula təmsilçisinin yarımmüdafiəçisi müharibə dayandıqdan dərhal sonra AFFA-dən gələn təklifə “hə” deyəcəyi gözlənilir.

Əlavə olaraq onu da qeyd edək ki, onun “Arsenal”dan ayrılması da gündəmdədi. Quliyevlə danışıqların mərkəzində “Neftçi”nin futbolçusu Emin Mahmudov dayanır. Rusiya futbol məktəbinin yetirməsi olan Mahmudov Quliyevi yaxşı tanıyır və bu səbəbdən danışıqlarda iştirakı vacib görülüb.

Xatırladaq ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qruplarından ibarət millilərində forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43