24 Oktyabr 2024
Ölkə futbolu

AFFA-nın təşkilatçılığı ilə məşqçilik kursunun II mərhələsi keçirildi

AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun II mərhələsi keçirilib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün çəkən məşğələlərə UEFA təlimatçısı Fritz Şmid və yerli təlimatçılar Aslan Kərimovla Osman Rəhimov rəhbərlik ediblər.

Tədbirin son günündə “ASK Arena”da praktiki məşq olub.

Qeyd edək ki, məşqçilik kursunun növbəti mərhələləri dekabr və yanvar aylarında təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43